Quba–Qonaqkənd yolunda sürüşmə olub, fəsadlar aradan qaldırılır - FOTO

Tarix: 07 Apr 2026 10:37

Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsi qeydə alınıb.

APA-nın bölgə müxbirinin məlumatına görə, sürüşmə prosesi hazırda da davam edir.

Sürüşmə nəticəsində Qonaqkənd istiqamətində nəqliyyat əlaqəsi məhdudlaşıb, kommunikasiya xətləri zədələnib.

Hazırda vəziyyət nəzarətdə saxlanılır.

Rəsmi qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür, ərazidə intensiv iş aparılır.

Xanım Məmmədova

Quba–Qonaqkənd yolu sürüşmə

Xəbər Lenti