Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-1 - FOTO

Tarix: 07 Apr 2026 13:48

Bu gün Xocavənd şəhərinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

APA-nın bölgə müxbiri xəbər verir ki, köç edən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina təhlükəsinə dair maarifləndirici məlumat verilib. Açarların təqdimatı mərasimində Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları qəbul edərək evlərində məskunlaşıblar. Sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək şəhidlərin xatirəsini yad ediblər.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülüb.

***

12.54

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, ümumilikdə 142 nəfər köçürülüb.

***

11.42

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, ümumilikdə 142 nəfər köçürülüb.

Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Elgün Gəncimsoy Xocavənd köç

Xəbər Lenti