TDT Baş Prokurorları Şurası gələn il Bakıda toplaşacaq

Tarix: 07 Apr 2026 15:16

Bu ilin sentyabr ayında Qazaxıstanda Türk Dövlətləri Təşkilatlarının Baş Prokurorları Şurasının iclası olacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.

O bildirib ki, bu toplantı gələn il Bakıda keçiriləcək: “Biz hər dəfə gələcək planlarımızı müzakirə edirik. Bakıdan sonra mən bu toplantının Türkiyədə keçirilməsini təklif edəcəm. Demək olar biz hər il toplanırıq”.

Muhsin Şentürk bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayaraq bu addımın onun üçün qürurverici olduğunu deyib: "Cənab Prezident bu gün çox mühüm məsələlərə toxundu, bir daha ona təşəkkürümü bildirirəm”.

Emin Şirvanzadə Türkiyə Baş prokuror Muhsin Şentürk Türk Dövlətləri Təşkilatlarının Baş prokurorları Şurası

Xəbər Lenti