Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub

Tarix: 07 Apr 2026 16:37

“2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”u təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qanuna əsasən, 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib.

Firuzə Vahid MDB

Xəbər Lenti