Komitə sədri: Gürcüstan-Azərbaycan tərəfdaşlığının ən yüksək səviyyəyə qaldırılması vacibdir

Tarix: 07 Apr 2026 17:25

Gürcüstan üçün dost və strateji tərəfdaş olan Azərbaycanla münasibətlər vacib əhəmiyyət daşıyır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze deyib.

Onun sözlərinə görə, strateji əhəmiyyətə malik olan Orta Dəhliz həm gürcü xalqının, həm də Azərbaycanın maraqlarına cavab verir.

Arçil Qorduladze Orta Dəhliz layihəsinin reallaşdırılmasının Avropa İttifaqının maraqlarına da uyğun olduğunu vurğulayıb.

"Orta Dəhliz son təyinat məntəqəsi Avropa İttifaqı olan yüklərin Gürcüstandan keçməsinə imkan verir. Məhz buna görə də Azərbaycanla strateji tərəfdaşlığımızın hər iki tərəfin maraqlarının nəzərə alınacağı və strateji layihələrin həyata keçirilməsinin asanlaşdırılacağı ən yüksək səviyyəyə qaldırılması vacibdir. Bu, hamı üçün, xüsusən də regionda baş verənlər fonunda vacibdir. Şərqi Qərblə birləşdirəcək Orta Dəhlizin zəruriliyi və əhəmiyyəti on dəfə artır", - komitə sədri əlavə edib.

Cəmilə Babayeva Gürcüstan Azərbaycan

Xəbər Lenti