İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq

Tarix: 07 Apr 2026 18:04

İran boş vədlər qarşılığında Hörmüz boğazını açmayacaq.

Bunu anonim iranlı rəsmi “Reuters”ə deyib.

Mənbə bildirib ki, hazırda İranın tam təslim olmağa çağıran Vaşinqtonla heç bir dialoq aparılmır.

İranlı rəsmi ABŞ-ın ölkənin elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, Səudiyyə Ərəbistanının qaranlığa bürünəcəyini bildirib.

“Əgər vəziyyət nəzarətdən çıxsa, İran həm də Bab əl-Məndəb boğazını bağlayacaq”, - anonim rəsmi vurğulayıb.

Toğrul Quluzadə İran ABŞ Səudiyyə ərəbistanı

Xəbər Lenti