Ağdaban faciəsindən 34 il ötür

Tarix: 08 Apr 2026 00:00

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür.

APA-nın məlumatına görə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.

130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 32 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər girov götürülüb.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Bu gün Ağdaban sakinləri doğma torpaqlarındadır.

Ağdaban faciəsi Qarabağdakı erməni hərbi birləşmələri Kəlbəcər kütləvi qırğın

Xəbər Lenti