Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 14:13
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.
"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda vurğulanıb.
zəlzələ Xəzər dəniz dağıntı