Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

Tarix: 08 Apr 2026 18:38

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

APA xəbər verir ki, ukraynalı nazir bu barədə “X” hesabında yazıb.

“Azərbaycanlı həmkarım Ceyhun Bayramov ilə telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik.

Həmçinin təhlükəsizlik məsələləri, konektivlik, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlər üzrə fikir mübadiləsi apardıq”, - nazir qeyd edib.

Firuzə Vahid Azərbaycan Ukrayna XİN

Xəbər Lenti