Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib - YENİLƏNİB

Tarix: 08 Apr 2026 21:06

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb. APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. *** Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

APA xəbər verir ki, ukraynalı nazir bu barədə “X” hesabında yazıb.

“Azərbaycanlı həmkarım Ceyhun Bayramov ilə telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik.

Həmçinin təhlükəsizlik məsələləri, konektivlik, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlər üzrə fikir mübadiləsi apardıq”, - nazir qeyd edib.

Firuzə Vahid Azərbaycan Ukrayna XİN

Xəbər Lenti