Litvanın Baş naziri Azərbaycana səfərə gəlib

Tarix: 08 Apr 2026 20:49

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər Lenti