Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 14:38
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası” təsdiq edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarətdir. Müsabiqəyə qanunla müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.
Prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər və əvvəllər hakim işləmiş şəxslər müsabiqənin imtahan mərhələsindən azad edilirlər.
Müsabiqənin keçirilməsi və icbari təlim başa çatdıqdan sonra namizədlərin təyinatına dair təkliflərin verilməsi yaradılmış komissiya tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının ərazisində icra məmuru vəzifəsi üzrə qulluğa qəbul bu Qaydaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Firuzə Vahid Dövlət icra məmurları müsabiqə Qayda