Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 14:17
Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
APA xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.
Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.
Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.
Firuzə Vahid partilara maliyyə hesabatı Mərkəzi Seçki Komissiyası