Azərbaycan və Qazaxıstan xarici siyasət kommunikasiyası üzrə əməkdaşlığı gücləndirir

Azərbaycan və Qazaxıstan xarici siyasət kommunikasiyası üzrə əməkdaşlığı gücləndirir

Tarix: 09 Apr 2026 15:33

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Qazaxıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsinin sədri və rəsmi nümayəndəsi Yerlan Jetibayevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Ayxan Hacızadə “X” hesabında bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında mövcud olan dinamik strateji tərəfdaşlığın və dialoqun daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, xarici siyasət kommunikasiyası sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə geniş fikir mübadiləsi aparılıb.

Firuzə Vahid Azərbaycan Qazaxıstan XİN
Azərbaycan və Qazaxıstan xarici siyasət kommunikasiyası üzrə əməkdaşlığı gücləndirir

Mənbə: apa.az

Xəbər Lenti