Bazar ertəsi, 25 May, 2026
Tarix: 09 Apr 2026 15:22
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.
APA xəbər verir ki, bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib.
“Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşür. Bu gün tərəfdaşlığımızı bir çox sahələr üzrə gücləndirmək və əlaqələri genişləndirmək üçün aydın imkanlar görürük. Bu da hər iki ölkənin xeyrinədir. Bu mövzuda spiker Sahibə Qafarova ilə səmərəli müzakirə apardıq”, - deyə Litva Baş naziri qeyd edib.
Firuzə Vahid Milli Məclisin sədri Litva Baş naziri
Mənbə: apa.az