Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib

Tarix: 13 Apr 2026 12:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1009 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 261 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 748 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub:

"Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək".

Günay Elşən ƏƏSMN Dövlət Məşğulluq Agentliyi işsiz işaxtaran əmək

Xəbər Lenti