Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 10:56
Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.
APA xəbər verir ki, bu vəzifəyə Şahin Həsənov təyin edilib.
Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub.
Xatırladaq ki, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov vəzifəsindən azad olunub və Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib.
Firuzə Vahid Milli Məclis Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov