Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır

Tarix: 14 Apr 2026 11:59

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

"Armenpress"in xəbərinə görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb.

Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır: “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.

Milli Məclis Sahibə Qafarova Alen Simonyan parlament İstanbul

Xəbər Lenti