Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 17:27
İlin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10266627 nəfərə çatıb.
APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-mart ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Bildirilib ki, Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.