Bazar ertəsi, 25 May, 2026
Tarix: 15 Apr 2026 16:37
Aprelin 15-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmin Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov, səfirə burada aparılan bərpa-quruculuq işləri, yenilənmiş infrastruktur, əhalinin köçü barədə məlumat verib.
İlk dəfə Xankəndinə səfər edən səfir, şəhərə heyranlığını gizlətməyib. Şəhərlə tanışlıqdan sonra B.Helmin Qarabağ Universitetini ziyarət edərək, kitabxana, dərs otaqlarına baxıb.
B.Helmini Xankəndidən əvvəl Şuşa şəhərində olub. Səfir gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb.
Elgün Gəncimsoy İndoneziya səfiri Xankəndi






Mənbə: apa.az