Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir

Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir

Tarix: 16 Apr 2026 14:24

Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

APA xəbər verir ki, iclasda Hökümətlərarası Dövlət Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədirliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilir.

Müzakirələrdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsi əsas diqqət mərkəzindədir.

İlqar Xudiyev Zəngilan Azərbaycan Rusiya iqtisadi əməkdaşlıq Hökümətlərarası Dövlət Komissiyası
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir

Mənbə: apa.az

Xəbər Lenti