Tramp: Razılaşma olmasa, ABŞ İrana zərbələri bərpa edəcək

Tarix: 16 Apr 2026 23:40

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran razılaşmaya gəlməyəcəyi təqdirdə hərbi əməliyyatlar yenidən başlayacaq.

"Sky News" xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib.

İsrail və Livan arasında əldə olunan atəşkəsə toxunan ABŞ lideri “Hizbullah”ın bu razılaşmaya əməl edəcəyini düşündüyünü qeyd edib, lakin detallara varmayıb.

Tramp əlavə edib ki, Livan hakimiyyəti “Hizbullah”la bağlı tədbirlər görür və bu istiqamətdə işlər artıq başlanıb.

ABŞ İran Tramp

Xəbər Lenti