Gürcü analitik: Tbilisi və Bakı regionu bacarıqlı geosiyasi oyunçuya çevirməlidir

Gürcü analitik: Tbilisi və Bakı regionu bacarıqlı geosiyasi oyunçuya çevirməlidir

Tarix: 19 Oct 2026 11:56

“Bu gün Gürcüstan və Azərbaycanın əsas vəzifəsi regionu daha bacarıqlı geosiyasi oyunçuya çevirməkdən ibarət olmalıdır”.

Bunu APA-nın yerli bürosuna müsahibəsində Gürcüstanın “GeoCase” analitik mərkəzinin rəhbəri Viktor Kipiani deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Tbilisi və Bakı arasında çox yaxşı qarşılıqlı fəaliyyət ola bilər.

Siyasi analitik qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında zəngin məzmunlu və dərin münasibətlər çox intensivdir, nəqliyyat-logistika, enerji layihələri onların möhkəm təməlini təşkil edir.

Viktor Kipiani, həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi Orta Dəhlizin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

“Bölgədə reallaşdırılan nəqliyyat-logistika layihələrinin həyata keçirilməsində Gürcüstan həlledici rol oynaır. Gürcüstan bu layihələrə hazırlığını daha yüksək səviyyəyə yüksəltməli və Qərb dünyası ilə əlaqələri itirməməlidir”, - deyə ekspert əlavə edib.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti