Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 12:32
Azərbaycan və Gürcüstandan olan siyasi ekspertlərdən ibarət birgə qrupun yaradılması təklif edilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu təşəbbüslə gürcü siyasi analitik, professor Badri Naçkebia Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada çıxış edib.
O bildirib ki, bu cür birgə qrupun təsis olunması həm Gürcüstan, həm də Azərbaycan tərəfi üçün çox faydalı olardı.
“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bəzi təxribatlara əl atılır. Ekspertlər qrupu bu cür təxribatarın haradan qaynaqlandığını müəyyən edə və qarşısını vaxtında ala bilər”, - deyə politoloq əlavə edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev təklifi fəstəkləyib. Onun sözlərinə görə, neqativ çağırışların çevik olaraq zamanında qarşısının alınması çox vacibdir.
Diplomat təkliflə bağlı detallı müzakirələrin aparılacağını və müvafiq addımların atılacağını qeyd edib.
Cəmilə BabayevaMənbə: apa.az