Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 11:18
Prezident İlham Əliyev “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.
APA xəbər verir ki, Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – publik hüquqi şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyinə verilib.
Müəyyən edilib ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (bundan sonra – TƏBİB) keçir.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməlidir.
TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər görülməlidir.
TƏBİB Səhiyyə Nazirliyi Prezident İlham Əliyev fərman
Mənbə: apa.az