Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Tarix: 19 Oct 2026 10:43

Dünya Bankı “Yaşamaq üçün əlverişli Bakı” (“Livable Baku”) layihəsinin maliyyələşdirilməsini 410 milyon dollardan 500 milyon ABŞ dollarına çatdırmağı planlaşdırır.

"APA-Econonics" xəbər verir ki, layihənin ümumi dəyəri 591,25 milyon dollar təşkil edir. Bunun 91,25 milyon dolları Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

Layihə çərçivəsində Bakı və Abşeronda tullantıların idarə olunması infrastrukturunun yenilənməsi, Zığ, Xocəsən və Böyük Şor göllərinin çirklənmiş ərazilərinin bərpası, həmçinin neftlə çirklənmiş torpaqların təmizlənməsi nəzərdə tutulur.

Layihənin ekspert qiymətləndirilməsinin oktyabrın 26-dək yekunlaşdırılması, Dünya Bankının Direktorlar Şurası tərəfindən isə 2027-ci il fevralın 18-də təsdiqlənməsi gözlənilir.

Rahim Tarıverdiyev Dünya Bankı Bakı yatırım Livable Baku investisiya

Mənbə: apa.az

Xəbər Lenti