Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 10:38
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 210.67 milyon ABŞ dolları təşkil edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 5,2% çoxdur.
Bu dövr üzrə ixracın həcmi 23 milyard 864.75 milyon dollar, idxalın həcmi isə 13 milyard 345.92 milyon dollara bərabər olub.
Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 10 milyard 391.69 milyon dollar təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur.
İlahə Səlimova xarici ticarət saldo ixrac idxalMənbə: apa.az