Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 14:44
İsrail Livanda ələ keçirdiyi bölgələrdən çıxmayacaq.
“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
Onun sözlərinə görə, İsrail ordusu təmizlədiyi və ələ keçirdiyi bütün əraziləri əlində saxlayır və saxlamağa davam edəcək.
Nazir bildirib ki, hədəf - Hizbullahın hərbi və ya siyasi yolla silahsızlaşdırılmasıdır və İsrail bu məqsədə sadiq qalır.
O, Hizbullahın hələ də Litani çayının cənub hissəsində mövcud olduğunu vurğulayıb: “Təhlükəsizlik zonası və Litani çayı arasında olan hissə hələ də terrorçular və hərbi texnikadan təmizlənməyib. Bu, ya siyasi yolla, ya da atəşkəs bitəndən sonra İsrail ordusunun əməliyyatları ilə həyata keçirilməlidir”.
Qeyd edək ki, ötən gecədən Livanda bir həftəlik atəşkəs qüvvəyə minib.
Toğrul Quluzadə İsrail Livan Katz Hizbullah