Gürcüstan və Ermənistanın parlament sədrləri regional sabitliyi müzakirə ediblər

Tarix: 17 Apr 2026 14:10

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində erməni həmkarı Alen Simonyanla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə gürcü spiker "X" hesabında bildirib.

O qeyd edib ki, görüşdə Gürcüstanla Ermənistan arasında parlamentlər səviyyəsində səmərəli əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

"Biz Cənubi Qafqaz bölgəsində davamlı sülh və sabitliyin təmin edilməsi üçün sıx əməkdaşlığa sadiqliyimizi ifadə etdik", - Papuaşvili yazıb.

Gürcü spiker həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla da görüş keçirib. Tərəflər regionda və dünyada baş verən prosesləri müzakirə ediblər, sülh və sabitliyin əhəmiyyətini vurğulayıblar.

Cəmilə Babayeva Gürcüstan Ermənistan parlament Türkiyə Cənubi Qafqaz

Xəbər Lenti