Komitə sədri: Gürcüstanın Azərbaycanla münasibətləri heç vaxt bugünkü qədər yaxın olmayıb

Tarix: 17 Apr 2026 14:54

Müstəqilliyin bərpasından bu yana Gürcüstanın Türkiyə, Ermənistan və Azərbaycanla siyasi münasibətləri heç vaxt bugünkü qədər yaxın olmayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

Onun sözlərinə görə, dünyanın demək olar yarısında gərginliklərin yaşandığı bir dövrdə Cənubi Qafqazda sülh hökm sürür.

"Bu, Gürcüstan, Azərbaycan və Ermənistanın birgə yürütdüyü müdrik siyasətin nəticəsidir", - Samxaradze əlavə edib.

Cəmilə Babayeva Gürcüstan Azərbaycan Türkiyə Ermənistan

Xəbər Lenti