Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 16:18
Bölgəmiz tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşıb.
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.
“Eyni zamanda, dünya bir çox risklərlə qarşı-qarşıyadır. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, ən böyük problem nizamsızlıqdır və diplomatiyaya daha çox ehtiyac var. Beynəlxalq sistemdəki böhran bölgəmizi tarixinin ən böyük sınaqları ilə üz-üzə qoyub”, – Hakan Fidan qeyd edib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, beynəlxalq ictimaiyyət dərhal müdaxilə etməli və münaqişələrin danışıqlar yolu ilə həllinə çağırış etməlidir.
“Bu gün beynəlxalq aləmdə müharibənin dayandırılması istiqamətində müəyyən anlayışın formalaşdığını görürük. Regional sabitliyin təmin olunması üçün dialoq və diplomatiya vasitəsilə səylərimizi artırmalıyıq”, - Hakan Fidan əlavə edib.
Hakan Fidan çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunub. O qeyd edib ki, artıq beşinci ilinə daxil olan Rusiya–Ukrayna müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını və qlobal tarazlığı sarsıtmaqdadır: “Suriya, Livan və son olaraq İran bölgəmizi geniş bir qarşıdurma girdabına sürükləyib”.
Faiq Mahmudov Türkiyə Hakan Fidan Antalya Diplomatiya Forumu