Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 17:44
İrana qarşı dəniz blokadası qüvvədə qalacaq.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O qeyd edib ki, Hörmüz boğazı tamamilə açıqdır, ticarət və tam keçid üçün hazırdır.
Tramp bildirib ki, lakin bununla belə, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq.
“Bu, İranla razılaşmamız 100% olana qədər davam edəcək. Bu proses çox cəld şəkildə irəliləməlidir. Maddələrin çoxu artıq razılaşdırılıb”, - Tramp vurğulayıb.
Toğrul Quluzadə ABŞ Tramp İran blokada