Tehranda 4,1 maqnitudalı zəlzələ olub

Tarix: 17 Apr 2026 17:19

Tehranda zəlzələ baş verib.

APA-nın Tehran müxbirinin xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 15:28-də qeydə alınan zəlzələnin maqnitudası 4.1, dərinliyi isə 8 kilometr olub.

Zəlzələ bəzi bölgələrdə hiss olunub.

Haşim Rahimi

İran zəlzələ Tehran

Xəbər Lenti