Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 17 Apr 2026 18:27
Hörmüz boğazının açılmasından sonra NATO-dan ABŞ Prezidenti Donald Trampa zəng olunub.
APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
O qeyd edib ki, Hörmüz boğazı məsələsi bitib.
“NATO-dan mənə zəng daxil oldu və bizdən köməyə ehtiyacımızın olub-olmadığını soruşdular. Mən onlara dedim ki, sadəcə gəmilərini neftlə doldurmaq istəmirlərsə, uzaq dursunlar. Onlara ehtiyacımız olanda faydasız oldular”, - ABŞ Prezidenti vurğulayıb.
Tramp növbəti dəfə NATO-nu “kağız pələng” adlandırıb.
Eyni zamanda, ABŞ Prezidenti Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə cəsarət və köməyə görə təşəkkür edib.
Toğrul Quluzadə ABŞ Tramp İran Hörmüz boğazı NATO