Fuat Oktay: Region ölkələri İranla bağlı prosesdə yaxından iştirak etməlidir

Tarix: 17 Apr 2026 19:09

Regionda, xüsusilə də İranla bağlı proseslərdə daha müsbət hadisələr gözlənilir.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay APA-nın Türkiyə bürosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, İranla bağlı verilən açıqlamalar, Hörmüz boğazının açılması bunu deməyə əsas verir.

Fuat Oktay bildirib ki, vəziyyəti bir qədər sakitləşdirmək lazımdır, amma əsas məqsəd davamlı sülh və razılaşmanın əldə olunmasıdır.

O qeyd edib ki, Türkiyə bu prosesi yaxından izləyir və sülh prosesində region ölkələri yaxından iştirak etməlidir: “Türkiyə regional məsuliyyət prinsipini dəstəkləyir. Yəni regiondakı problemlərin kənardan deyil, region ölkələrinin – Türkiyə, Azərbaycan, İran, Körfəz ölkələri və digərlərinin birlikdə həll etməsini istəyirik”.

Dəryanur Cəfərova Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komissiyası Fuat Oktay

Xəbər Lenti