"Fars": Livanda atəşkəs pozulsa, Hörmüz boğazı bağlanacaq

Tarix: 17 Apr 2026 19:03

Hörmüz boğazından keçid Livandakı atəşkəsin şərtlərinin icrasından asılıdır. Bu barədə iranlı anonim mənbə “Fars” agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə irəli sürülən atəşkəs planının əvvəlindən İranın gün ərzində müəyyən sayda gəmilərin keçidinə icazə verməsi nəzərdə tutulmuşdu. Lakin atəşkəs razılaşmasının Livana şamil edilməməsindən sonra İran Hörmüz boğazında gəmilərin keçidi ilə bağlı razılaşmanı dayandırıb.

Mənbə əlavə edib ki, İran gəmilərin keçidi üçün şərtlər irəli sürüb. Belə ki, gəmilər kommersiya xarakterli olmalı, “düşmən ölkələr”lə bağlı olmamalı, İran tərəfindən müəyyən edilmiş marşrut boyu hərəkət etməli və İran hərbi qüvvələri ilə koordinasiya vəziyyətində olmalıdır.

O vurğulayıb ki, bu məsələ Livandakı atəşkəs şərtlərinin icrasından asılıdır və əgər dəniz blokadası davam etsə, bu atəşkəsin pozulması kimi qiymətləndiriləcək, nəticədə isə Hörmüz boğazında keçid yolunun bağlanmasına gətirib çıxaracaq.

Toğrul Quluzadə İran Hörmüz boğazı Livan atəşkəs

Xəbər Lenti