Prezidentin köməkçisi: Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlığı genişlənir

Tarix: 17 Apr 2026 18:50

Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq prosesi genişlənməkdədir.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində bildirib.

“Biz uzunmüddətli perspektivdə yeni regional təhlükəsizlik arxitekturası da qururuq və bütün ölkələr üçün sülh və təhlükəsizliyi təmin etməyə çalışırıq. Bu əməkdaşlıq xətti çərçivəsində gələcəkdə iki geosiyasi ittifaq arasında münasibətlərin də inkişaf etdirilməsi nəzərdə tutulur. Buna isə ictimaiyyətə açıq, inklüziv regional əməkdaşlıq modeli təqdim etməklə nail olunub”, - Hikmət Hacıyev qeyd edib.

Faiq Mahmudov Hikmət Hacıyev Azərbaycan Gürcüstan Ermənistan

Xəbər Lenti