Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 20:23
Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq və regionda cərəyan edən proseslər müzakirə olunub.
Tərəflər ticari-iqtisadi əməkdaşlıqda müsbət dinamikanı və regional layihələrin rolunu da nəzərdən keçiriblər.
Layihələr arasında Bakl-Tbilisi-Qars dəmir yolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizinin həm regionun Avropa ilə əlaqələndirilməsi, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə Orta Dəhlizin potensialı və onun inkişafı üçün gələcək əməkdaşlıq ətrafında da fikir mübadiləsi aparılıb.
Cəmilə Babayeva Antalya Diplomatiya Forumu Gürcüstan İrakli Kobaxidze Türkiyə Rəcəb Tayyib Ərdoğan