Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 02:02
ABŞ Almaniyaya radar izləmə stansiyaları, MK-41 dənizdən buraxılan raket buraxılış sistemləri, həmçinin naviqasiya və elektron müharibə sistemləri daxil olmaqla bir neçə növ hərbi texnika tədarük etməyi planlaşdırır ki, bunların da ümumi dəyəri 11,9 milyard dollardır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Əsasən elektronika və dəniz silahlarını əhatə edən müqavilənin Almaniyanın Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün qüvvə kimi təhlükəsizliyini gücləndirəcəyi bildirilir.
Bu müqavilənin əsas podratçıları “Lockheed Martin” və RTX olacaq.
ABŞ silah Almaniya