Pentaqon: Ukrayna dəstək mövzusunda bundan sonra təkcə ABŞ-a ümid etməsin

Tarix: 18 Apr 2026 08:07

“Vaşinqtonun dəstəyi böyük ölçüdə ABŞ-ın məhdud ehtiyatlarından istifadə üzərində qurulub və Pentagon belə bir yanaşmanın artıq davamlı olmadığını açıq şəkildə göstərdi”.

Bu barədə “Politico” Pentaqonun yüksək vəzifəli siyasi məsələlərdən cavabdeh rəsmisi Elbrik Kolbiyə istinadən məlumat yayıb.

“Avropa qitənin ənənəvi müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsini sürətləndirməlidir. Bu, seçim məsələsi deyil, strateji imperativdir”, - Kolbi deyib.

Açıqlamanın Avropa müttəfiqlərinin Almaniyada keçirilən görüşdə Ukraynaya dronlara, hava hücumundan müdafiəyə və uzun mənzilli zərbə imkanlarına diqqət yetirərək yeni bir dəstək dalğası elan etməsi ilə əlaqədar olduğu bildirilir.

ABŞ Ukrayna Pentaqon

Xəbər Lenti