Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 18 Apr 2026 10:19
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,48% artaraq 4 879,6 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 3,98% artaraq 81,842 ABŞ dolları təşkil edib.
Emil İsmayılov COMEX qızıl gümüş