Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 12:16
Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında Rusiyada neft emalı zavoduna və hərbi aerodroma endirilən zərbələrin uğurlu olduğunu bildirib.
APA xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
“Bu gecə Ukrayna Təhlükəsizlik Xidməti, Pilotsuz Sistemlər Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin birgə əməliyyatı sayəsində Yaroslavl neft emalı zavoduna zərbə endirilib”, – o bildirib.
Ukrayna Prezidenti Rostovdakı hərbi aerodroma endirilən zərbə nəticəsində “An-12” tipli bir təyyarə, iki “An-26” təyyarəsi və daha üç helikopterin məhv edildiyini təsdiqləyib.
Zelenski Qara dənizdə də “yaxşı nəticələrin” əldə edildiyini bildirib.
“Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir”, – Ukrayna Prezidenti vurğulayıb.
İlqar Xudiyev Zelenski Ukrayna Rusiya Neft emalı zavoduna zərbə hərbi aerodroma hücumMənbə: apa.az