Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO

Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO

Tarix: 17 Sep 2026 12:08

Lənkəranda məsuliyyətdən yayınmaq üçün avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.

Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

İlkin Rzayev

Mənbə: apa.az

Xəbər Lenti