Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 03 Jan 2024 21:31
Polşanın xarici işlər naziri Radoslav Sikorski Qərb ölkələrini Rusiya ərazisinə hücumlar üçün Ukraynaya uzaqmənzilli raketlər ötürməyə çağırıb.
APA-nın məlumatına görə, Sikorski X sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Qərb “Ukraynaya qarşı son hücuma cavab verməlidir”.
Diplomatın fikrincə, Kiyevə uzaqmənzilli raketlərin tədarükü Rusiya ərazisindəki komanda mərkəzlərini məhv etməyə imkan verəcək.