Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir

Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir

Tarix: 17 Sep 2026 12:39

“Gürcüstan genişmiqyaslı yaşıl dəhliz layihəsi üzərində işləyir və bu prosesdə Azərbaycan, Türkiyə, Bolqarıstan və Rumıniya ilə əməkdaşlığı gücləndirir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Energetika İşçiləri Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

O, Qara dəniz sualtı enerji kabeli layihəsinin Gürcüstan üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Nazirin sözlərinə görə, neft və qaz sektoru da Gürcüstanın enerji strategiyasının bir hissəsidir.

“Azərbaycan hökuməti ilə aylarla davam edən danışıqların nəticəsi olaraq bu il Bakı-Supsa neft kəmərinin tam istismarı ilə bağlı razılığa gəldik. Bu, həm iqtisadi fayda gətirir, həm də strateji funksiyanı yerinə yetirir. Gürcüstan Xəzərin enerji ehtiyatlarının Avropaya daşınması üçün etibarlı marşrut kimi mövqeyini daha da gücləndirir”, - deyə nazir əlavə edib.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti