Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 10:48
“ABŞ və İran arasında razılaşma əldə olunmasa da, diplomatik təmaslar davam edir”.
Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Soheyl Mahmud deyib.
O bildirib ki, diplomatik əlaqələr saxlanılır və həll yolları üçün səylər davam etdirilir:
“Bu məsələ bütün dünyanı narahat edir və biz bilirik ki, Pakistanın Baş nazirinin müdaxiləsi, eləcə də Türkiyə və Misir kimi regional ölkələrin səyləri nəticəsində iki həftəlik atəşkəs əldə olundu. Daha sonra İslamabadda danışıqlar raundu keçirildi. Diplomatik həll üçün səylər sürdürülür. Əgər sülhə nail olunarsa, bu, yalnız regional sülh və təhlükəsizlik üçün deyil, həm də qlobal iqtisadiyyat və ümumilikdə bəşəriyyət üçün müsbət nəticə verər. Ümid edirik ki, çoxsaylı aktiv hərbi münaqişələrlə üzləşən dünya bu qarşıdurmadan uzaqlaşaraq diplomatik həll yollarına yönələcək. Bu istiqamətdə səy göstərən hər kəs təqdirə layiqdir. Xüsusilə Pakistanın, Türkiyənin və digər ölkələrin təşəbbüsləri alqışlanır və ümid edirik ki, bu səylər dünya üçün müsbət nəticələr verəcək”.
Dəryanur Cəfərova İƏT İqtisadi Əməkdaşlıq Təşkilatı ABŞ İran