Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 12:40
Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə bildirib.
“Rusiya ilə bizim hərbi-texniki əməkdaşlığımız var idi, bir mərhələdə bu əməkdaşlıq əhəmiyyətli dərəcədə azalmışdı və ya dayanmışdı”, — Paşinyan deyib.
Onun sözlərinə görə, Moskvaya son səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində “hərbi-texniki əməkdaşlıq sahəsində əvvəl əldə olunmuş razılaşmaların icra edilməsi” barədə razılıq əldə olunub.
İlqar Xudiyev Paşinyan Rusiya Ermənistan hərbi-texniki əməkdaşlıq Putin