Britaniya XİN rəhbəri Hörmüz boğazı ilə bağlı İrana çağırış edib

Tarix: 18 Apr 2026 13:12

İran müharibəsi ilə bağlı atəşkəs qüvvədə olsa da, Hörmüz boğazında vəziyyət hələ də normal fəaliyyətə qayıtmayıb.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Reuters”ə bildirib.

O, Tehranı qlobal gəmiçiliyin tam bərpasına imkan yaratmağa çağırıb.

“Biz kritik diplomatik mərhələdəyik, artıq atəşkəs mövcuddur. Amma hələ də boğazdan normal keçid təmin olunmayıb”, — Kuper deyib.

Nazir qeyd edib ki, atəşkəs davamlı sülhə çevrilməlidir və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan dəniz nəqliyyatının bərpası təcili məsələdir.

İlqar Xudiyev Böyük Britaniya Kuper İran Hörmüz boğazı atəşkəs

Xəbər Lenti