Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 12:55
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlar üzrə naziri Ayman Al-Safadi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ayman Al-Safadinin “X” hesabında bildirilib.
“Ayman Al-Safadi və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hazırda Antalya Diplomatiya Forumu çərçivəsində görüş keçirirlər”, - paylaşımda qeyd olunub.
Firuzə Vahid Ceyhun Bayramov XİN İordaniya