Lavrov Antalyada Hakan Fidanla Körfəzdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Tarix: 18 Apr 2026 14:11

Sergey Lavrov və Hakan Fidan Yaxın Şərq və Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə nazirlər Rusiya və Türkiyənin böhranın həlli üçün effektiv həllər hazırlamaq məqsədilə daha da konstruktiv əməkdaşlığa can atdıqlarını vurğulayıblar.

"Tədbir çərçivəsində Hakan Fidanla keçirilən ikitərəfli görüşdə beynəlxalq və regional gündəliyin əsas aspektləri, o cümlədən Fars körfəzi və Yaxın Şərqdəki vəziyyət ətraflı müzakirə edilib. Rusiya və Türkiyə böhranın həlli üçün effektiv həll yolları hazırlamaq məqsədilə daha da konstruktiv əməkdaşlığa qarşılıqlı sadiq olduqlarını bir daha təsdiqləyiblər. Nazirlər Rusiya-Türkiyə dialoqundakı mövcud siyasi məsələlərlə bağlı qeydləri və ticarət, iqtisadi və enerji əməkdaşlığının əsas məqsədlərini müzakirə ediblər. Gələcək təmaslar üçün qrafik razılaşdırılıb", - Rusiya XİN-in məlumatında qeyd olunub.

***

12:29

Türkiyə və Rusiya xarici işlər nazirləri görüşüb.

Bu barədə APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunda görüşüblər.

Görüşdə Türkiyə və Rusiya Xarici İşlər nazirlikləri arasında 2026-2027-ci illər üzrə fəaliyyət planı imzalanıb.

Dəryanur Cəfərova

Fərid Əkbərov

Antalya Diplomatiya Forumu Hakan Fidan Sergey Lavrov

Xəbər Lenti